`Nutella` satışdan yığışdırılır - XƏRÇƏNG TƏHLÜKƏSİ!


16:55     13 Yanvar 2017 nutella0.jpg

İtaliyanın "Ferrero" şirkətinin "Nutella" şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışdırılır.


Femida.az xəbər verir ki, Avropa Qida Standartları Agentliyi 2016-cı ildə palma yağının digər bitki yağlarına nisbətən daha təhlükəli olduğunu bildirən hesabat açıqlayıb.

Tərkibində palma yağı olan "Nutella" şokolad yağlarının bu məlumatdan sonra İtaliyada satışı 3 faiz azaldıb.

Son zamanlarda "Ferrero" şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, İtaliyada bir sıra mağazalar "Nutella"nın satışını dayandırdıqlarını açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1844


Oxşar xəbərlər